YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Rüfət Əsgərovun doğum günündə iştirak ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Rüfət Əsgərovun doğum günündə iştirak ediblər
29 yanvar Vətən Müharibəsi Şəhidi əsgər Əsgərov Rüfət Qabil oğlunun doğum günüdür. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, və digər rəsmi şəxslər öncə Şəhidimizin Xəzər rayon Binə qəsəbəsi Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət etmiş, məzarı üzərinə güllər düzmüş və dualar oxumuşlar. Daha sonra Şəhidimizin doğum günü ilə əlaqədar ailəsi ziyarət edilmiş, qayğıları ilə maraqlanılmışdır.
Qeyd edək ki, şəhid əsgər Əsgərov Rüfət Qabil oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə əsgər, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidlərin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.