YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Dostəli Məmmədovun doğum günündə iştirak etmişlər
28 iyun Vətən Müharibəsi şəhidi əsgər Məmmədov Dostəli Seymur oğlunun doğum günüdür. Şəhidimizin mövludunun 24-cü ilinin tamam olması ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər şəhid əsgər Məmmədov Dostəli Seymur oğlunun ailəsinin qayğıları ilə maraqlanmışlar. Öncə tədbir iştirakçıları tərəfindən şəhidin Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsindəki Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra tədbir iştirakçıları Vətən Müharibəsi şəhidi Dostəli Məmmədovun ailəsinin qayğıları ilə maraqlanmış, şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişlər.
Qeyd edək ki, şəhid əsgər Məmmədov Samir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.