YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Əsədov Səbuhinin və Əliyev Yunisin doğum günlərində iştirak ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Əsədov Səbuhinin və Əliyev Yunisin doğum günlərində iştirak ediblər

19 yanvar Vətən Müharibəsi Şəhidləri Əsədov Səbuhi Azər oğlunun və Əliyev Yunis Zaur oğlunun doğum günləridir. Şəhidlərimizin doğum günləri ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər ailələrin qayğıları ilə maraqlanmışlar.

Öncə Şəhidlərimizin Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahları ziyarət edilmiş, məzarları üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər doğum günləri münasibəti ilə “Elçin” şadlıq evində təşkil olunmuş doğum günü mərasimində iştirak etmişlər.

Şəhid əsgər Əsədov Səbuhi Azər oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”  və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhid əsgər Əliyev Yunis Zaur oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidlərin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.