YAP Suraxanı rayon təşkilatının dəstəyi, “Birlik” İctimai Birliyinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib

YAP Suraxanı rayon təşkilatının dəstəyi, “Birlik” İctimai Birliyinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib

8 noyabr-Zəfər günü münasibəti ilə YAP Suraxanı rayon təşkilatının, "PMD Hospitality" dəstəyi və “Birlik İctimai Birliyi"nin təşkilatçılığı ilə "Badamdar Hotel & Residence"- də şəhid və qazi övladlarının asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə bayram tədbiri təşkil olunmuşdur.

Tədbirdə fəxri qonaqlar olaraq Azərbaycan Respublikasının xalq artisti Röya Ayxan, şöhrət ordenli bəstəkar Faiq Sücəddinov, əməkdar artist Xəyyam Nissanov, əməkdar artist Lalə Məmmədova iştirak ediblər.

Həmçinin, Şəhid və qazi ailələrin balaca üzvləri üçün “The Entertainer” mağazası tərəfindən hədiyyələr təqdim olunub.