YAP Suraxanı rayon təşkilatında yeni üzv olmaq istəyən gənclərlə növbəti görüş keçirilmişdir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında üzv olmaq üçün müraciət etmiş gənclərin bir qrupu ilə çay süfrəsi ətrafında səmimi görüş təşkil olunmuşdur. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov yeni müraciət edən gəncləri salamlayaraq, bildirdi ki, artıq onlarla keçirilən ilk görüş deyildir. Gənclər könüllü olaraq YAP Suraxanı rayon təşkilatının layihələrində iştirak etdikdən sonra fərdi şəkildə YAP üzvü olmaq məqsədi ilə yerli təşkilata müraciətlər etmişlər. Vüqar Seyidov belə müraciətlərdən birini də, Həsənova Cəlalə İmran qızının etdiyini bildirdi. Yerli təşkilatın sədri gənc könüllü Cəlalə haqqında görüş iştirakçılarına ətraflı məlumat verərək dedi ki, Cəlalə Həsənova Suraxanı rayon 104 saylı tam orta məktəbi bitirərək Azərbaycan Dillər Universitetinin “Amerikaşunaslıq” ixtisasına qəbul olunmuşdur. Vüqar Seyidov ADU-nun birinci kurs tələbəsi olan gənc Cəlalənin öz ictimai fəaliyyətinə 18 yaşı tamam olduğu gün məhz YAP Suraxanı rayon təşkilatında başladığını bildirdi. Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Həsənova Cəlalə İmran qızının müraciət üçün sənədlərini və şəxsi ərizəsini qəbul edərək, onun anketini imzaladı.
YAP Suraxanı rayon təşkilatına üzv olmaq üçün müraciət etmiş könüllü gənc Həsənova Cəlalə İmran qızı çıxış edərək səmimi mühit, mehriban münasibət üçün yerli təşkilatın sədrinə və bütün gənclərə öz minnətdarlığını bildirdi. Cəlalə Həsənova dedi ki, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs YAP-a qoşula bilər. O, özünün də öncə bitərəf gənc kimi könüllü layihələrdə iştirak etdiyini və qarşılaşdığı mühitin onda YAP-a üzvlük haqqında əminlik yaratdığını xüsusi vurğuladı. Gənc Cəlalə 18 yaşı tamam olduğu gün Ulu Öndər Heydər Əliyevin yaratdığı, cənab Prezident İlham Əliyevin sədri olduğu partiyaya üzv olduğu üçün qürur duyduğunu ifadə etdi.
Daha sonra tədbirdə iştirak edən könüllü və YAP üzvü olan gənclərlə fikir mübadilələri aparılmış, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov gəncləri maraqlandıran sualları cavablandırmışdır.