YAP Suraxanı rayon təşkilatında şəhid ailələri ilə görüş keçirilmişdir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında rayon ərazisində yaşayan bir qrup şəhid ailə üzvləri ilə çay süfrəsi ətrafında səmimi görüş təşkil olunmuşdur.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhid ailələrini salamlayaraq, bildirmişdir ki, ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində hər şəhərdə, hər rayonda vətən uğrunda canını qurban vermiş şəhid ailələrinə qarşı xüsusi müsbət yanaşma vardır. Vüqar Seyidov Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatlara toxunaraq bildirmişdir ki, ordumuz qarşısına qoyulmuş bütün hədəflərə çatmışdır. Təxribatların qarşısının alarkən və vətən uğrunda canını qurban vermiş bütün şəhidlərimizin əziz xatirələrini hörmətlə anan yerli təşkilatın sədri bildirmişdir ki, bundan sonra da YAP Suraxanı rayon təşkilatı hər zaman şəhid ailələrini qayğı və diqqətdə əhatə edəcəkdir.
Şəhid ailələrinin müdafiəsi cəmiyyətinin Suraxanı rayon təşkilatının sədri Nəsibə Əliyeva çıxış edərək bütün şəhid ailələrini Ulu Öndər Heydər Əliyevin ideyalarının və Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səsləmişdir. O bildirmişdir ki, YAP Suraxanı rayon təşkilatı şəhid ailələrinə hər zaman xüsusi diqqətlə yanaşmaqdadır.
Daha sonra çıxış edən görüş iştirakçıları şəhid ailələrinin hər zaman dövlətin və dövlət başçı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yanında, arxasında olmağa davam edəcəklərini bildirmişlər.