YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
28 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
Bu gün Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, 227 ünvanında yerləşən (270 №-li tam orta ümumtəhsil məktəbi) Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan ƏPT sədri, məktəbin direktoru Namiq İbadov iştirakçıları salamladıqdan sonra qeyd etmişdir ki, indiyə qədər partiyanın əsas birləşdirici xətti torpaqların azad edilməsi və milli qürurun bərpası ətrafında qurulmuşdusa, VIII Qurultay rəsmən “Post-Zəfər dövrünün quruculuq xətti"ni başlatdı. İndi əsas hədəf hərbi qələbəni iqtisadi, texnoloji və rəqəmsal üstünlüklə daimi etməkdir.
YAP Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev geniş nitqlə çıxış edərək bildirib ki, VIII Qurultayda formalaşan yeni xətt partiyanın fəlsəfəsində maraqlı paradoksu uğurla həll edir: Milli-mənəvi dəyərlərə mühafizəkar sadiqlik və texnoloji modernizm. YAP gənclərə qloballaşma deyil, milli kimliyi qoruyaraq milli hisslərə söykənən müasir azərbaycanlı modelini təklif edir.
Daha sonra iştirakçıların sualları cavablandırılıb.