YAP -ın təsis konfransının keçirilməsi zamanın ictimai tələbi idi
Şəms Həşimova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin müəllimi
Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ili tam olur. Azərbaycanın taleyini düşünən insanlar XX əsrin 90-cı illərində ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu , bir siyasi təşkilat –Yeni Azərbaycan Partiyası yarandı.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir.Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Partiyanın proqramında müstəqillik, dövlətçilik, qanunçuluq, vətəndaş həmrəyliyi kimi ideoliji prinsiplər müəyyən edildi.
Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi xalqına arxalanaraq və YAP sədri kimi partiyasının kadr potensialına söykənərək özünün zəngin dövlətçilik təcrübəsini və uzaqgörən siyasətini tətbiq edərək çox qətiyyətli , müdrik, effektli idarəçilik həyata keçirdi. Partiyanın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. YAP cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında ümumxalq partiyasıdır. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin inkişafı bu gün Yeni Azərbaycan Partiyasının sədri ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib onun 720 mindən çox üzvü var .
Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik .Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi.