Xəyalə Mahmudova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru
Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu partiyanın yaranması Heydər Əliyevin Naxçıvanda (1990-1993-cü illər) çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik, öz xalqına olan sadiqlik və Azərbaycanın mütərəqqi fikirli insanların onun ətrafında toplamasının və xalqın ona olan inamının nəticəsi idi. Heydər Əliyevin 17 noyabr 1990-cı ildə Naxçıvan MR Ali Məclisin ilk sessiyasında irəli sürdüyü təkliflər: - 1990-cı ilin 20 yanvar hadisəsinə qiymət verilməsi, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması və Azərbaycan üçrəngli bayrağının ilk dəfə olaraq qaldırılması SSRİ-nin mövcud olduğu bir dövrdə böyük cəsarət tələb edirdi.
1992-ci ilin oktyabr ayında 91 nəfər ziyalı Heydər Əliyevə YAP-ın yaradılması və ona rəhbərlik etməyə razılıq verməsi barədə müraciət etdi. YAP dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən YAP Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən müdafiə və ordu quruculuğu ilə məşğul olmağa başladı. Vəziyyət olduqca ağır idi. Torpaqlarımızın bir hissəsi işğal olunmuşdu. Vətənimizin iqtisadiyyatının yüksəldilməsi və ordumuzun yenidən qurulması üçün 1994-cü il may ayının 12-də müqavilə imzalandı. Əsrin müqaviləsi reallaşdı. Ölkədə hər bir sahənin inkişafına xüsusi önəm verilirdi.
Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolu günü-gündən möhkəmləndirmiş xalqın partiyasıdır. 2003-cü ildə Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda böyük quruculuq işlərinə start verildi. Regionların sosial-iqtisadi inkişafından başlayaraq Azərbaycanın qonşu ölkələri ilə birlikdə həyata keçirilən transmilli layihələr ölkəmizin sosial-iqtisadi mənzərəsini dəyişdi. Düşünürəm ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin kökündə məhz bu dayanır: - Milli birlik, güclü dövlət, güclü ordu, güclü iqtisadiyyat.
Azərbaycanı beynəlxalq aləmdə nüfuzunun artması və döyüşçülərimizin ruh yüksəkliyi. Bu qələbədə, eyni zamanda YAP-ın, onun siyasi rəhbərinin məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin məxsusi rolu və təşkilatçılıq qabiliyyəti xüsusilə vurğulanmalıdır. YAP-ın sıraları durmadan artır və burada gənclər çoxluq təşkil edir.
2021-ci il martın 5-də YAP-nın VII qurultayında YAP-nın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: “Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdi. Bizim şanlı qələbəmiz qürur mənəyimizdir.”
Bizim beynəlxalq arenada mövqeyimiz möhkəmlənib. BMT Təhlükəizlik Şurasının üzvüyük. Ölkəmizin 2019-cu ildə Qoşulmama Hərəkatına rəhbərlik etməsi keyfiyyət etbarı ilə yeni mərhələnin başlanğıcı olmuşdur. Azərbaycan digər ölkələrlə bərabər hüquqlu münasibətlər qurur. Avropa İttifaqının üzvü olan 9 ölkə ilə Strateji Tərəfdaşlıq haqqında sənədlər imzalanmış, transmilli layihələr həyata keçirilir.
7 fevral 2024-cü il Prezident seçkilərində xalqımızın böyük əksəriyyətin etimadını qazanan Cənab Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bugün də yorulmadan mübarizə aparır. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişafda və digər sahələrdə yaxından iştirak edir və Müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini verir.