Xəyyam Nəbiyev
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin müəllimi
Keçən əsrin 80-90-cı illərində dünyanın alt bir hissəsində mövcud olan nəhəng sosializm sistemi çökdü. SSRİ adlanan dövlətin yerində on beş yeni dövlət yarandı. Amma təəssüf ki, bu gün dünyanın “postsovet” adlandırdığı məkanda bir xaos yarandı. İqtisadi sistemdən tutmuş bir vaxtlar “qardaş” adlanan dövlətlərin dövlət sərhədlərinə qədər hər şeyə yeni baxış tələb olunurdu. Nə yazıq ki, ən ağrılı proseslər bizim regionda baş verirdi. Yeniliyin yenilənmənin zəruriliyini dərk edənlər bu qovğadan uğurla çıxacaqdılar. Bir sözlə sosial, iqtisadi, siyasi mədəni sahədə Azərbaycan yenilənməli idi. Bu cəhətdən partiyanın adındakı “yeni” sözünün partiyaya yox, Azərbaycana aid etmək daha doğru olardı.
Haqqında danışdığımız dövürdə Azərbaycan açıq dənizdə kapitansız qalmış gəmiyə bənzəyirdi. Bu gəminin onu idarə edəcək ekipaja böyük ehtiyacı var idi. Belə bir vəziyyəti ilk olaraq 91 nəfərdən ibarət ictimayi, siyasi, mədəni fikir daşıyıcısı olan ziyalılar gördü. Bu insanlar təkcə problemi yox, onun həll yolunuda düzgün olaraq müəyyənləşdirmişdilər. Bu əlbəttə ki, Ulu öndər Heydər Əliyev idi. 91 nəfər çox qısa bir zamanda 550 nəfər oldu. Ölkəmizin bütün regionlarını təşkil edən həmin 550 nəfər 21 noyabr 1992-ci ildə Naxçıvan Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdi. Həmin konfransda YAP-ın nizamnamə və proqramı qəbul olundu.
YAP-ın yaranması günü reallığı əks etdirən tələbi idi. Məhz buna görədə bu partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrildi. Təkcə bu faktı qeyd edək ki, YAP bu gün Cənubi Qafqazın ən böyük və ən nüfuzlu partiyasıdır. Bu gün inamla demək olar ki, nə o 91 nəfər, nə o 550 nəfər, nə də bütövlükdə Azərbaycan xalqı səhv etməmişdir. Ulu Öndərin rəhbərliyi ilə YAP son dərəcə çətin mürəkkəb bir vəziyyətdən çıxmaq üçün fəaliyyət proqramı yaratdı. Bu proqram yeni Azərbaycanın yeni modeli oldu. O model ki, “iqtidar-xalq” modeli kimi xarakterizə olunur.
Hansı prizmadan baxırsansa bax, YAP-ın perspektiv planı güclü inkişaf etmiş Azərbaycandır. Xalqın Ulu Öndər kürsüsünün ləyaqətli davamçısı cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın artıq bir neçə cari planı yerinə yetirmişdir. Ölkəmizdə siyasi sabitlik təmin olunmuş, iqtisadi inkişaf yüksələn xətt üzrə getməkdədir. Əsas isə ən böyük arzumuza çatmışıq qansız düşmən məğlub edilmiş, dövlətimizin bütün ərazisinə nəzatəti təmin olunmuşdur. İrəlidə isə bizi yeni-yeni uğurlar gözləyir.