Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətlərin yeni dövrü
Ülkər Quliyeva
30 nömrəli ambulatoriyanın həkimi
YAP Suraxanı Rayon təşkilatının ƏPT-nin sədri
Bu gün ölkəmiz Beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir. Prezident cənab İlham Əliyev hər zaman Xəzəryanı dövlətlər arasında dostluq və tərəfdaşlıq münasibətinin inkişaf etdirilməsinə böyük önəm vermişdir.
Prezidentimiz çıxışında Xəzər dənizini əhatə edən beş dövlət arasında status məsələsinə aydınlıq gətirilməsi hər zaman təxirə salınmaz məsələ hesab olunduğunu və aktuallığına görə ön planda durduğunu vurğuladı.
Ölkəmiz regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra Avropa ölkələri üçün önəmli tərəfdaşdır. Cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasəti ölkəmizin geosiyasi arenada müsbət imiclə tanınmasını təmin etmişdir.
Bu gün Azərbaycan regionda yeni reallıqlar yaradıb, həmçinin region və qonşu ölkələr üçün etibarlı tərəfdaşdır.
Ali baş komandan Cənab İlham Əliyevin uğurlu strategiyası nəticəsində istər iqtisadi , istər siyasi, istərsə də coğrafi , yaxud hər hansı baxımdan Azərbaycanın əhəmiyyətini artırdığını göstərmək mümkün deyil və bu baxımdan da bütün beynəlxalq platformalarda ölkəmizin qaldırdığı hər hansı məsələ həmişə öz müsbət həllini tapir.