Xocalıda şanlı bayrağımız dalğalanır
Mətanət Qarayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi
30 il ərzində baş verən hadisələr bizim yadımızdan çıxmadı və sona qədər mübarizə apardıq. İlk dəfədir ki şəhidlərimizin ruhu qarşısında qürurla baş əyirik. Biz dünyadan bu ədaləti görə bilmədik. Müasir dünyanin gözu qarşısında baş vermis dünyanın ən qanlı faciəsidir “Xocalı faciəsi”. Özlərini demokratiyanin beşiyi sayan ölkələr 30 il susdular və görməzdən gəldilər. Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır.
Biz səbrlə gözlədik və gücləndik. Ordu quruculuğunda ən yuksək səviyyəyə çatdıq və ədalətli müharibə apardıq. Nəticədə özümüz öz mükəmməl və güclü ordumuzla bu tarixi haqsızlığa son qoyduq. Gələcəkdə bu muharibə hərb tarixində dərsliklərə salınacaqdır. Biz bunu çoxdan edə bilərdik. Lakin, bu məsələnin sülh yolu ilə həll edilməsini gözlədik, erməni vəhşiliiyinin tanınması üçün gözlədik.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bu, Xocalıya qayıdışın əlaməti kimi tarixləşdi. 1992-ci ildən üzü bu yana Xocalı faciəsi Xocalıdan uzaqlarda anılırdı. Anım tədbirləri ayrı-ayrı şəhərlərdə, rayonlarda, bəşəri dövlətlərdə keçirilirdi. Bu il Xocalı faciəsi günü Xocalıda anıldı.
Azərbaycan dovlət başçısının apardığı xarici balanslaşdırılmış siyasəti sayəsində biz Qarabağda bütün dünya erməniliyinin “Boyuk Ermənistan” xülyasını darmadağın etmisik. Yeni tarix yaratdıq. Haqq, ədaləti bərpa etdik. Cənab Prezidentin fevralın 26-da Xocalıda xocalıların əhatəsində Xocalı faciəsinin 32-ci ildönümü tədbirindəki çıxışında qeyd etdiyi kimi 30 il yox, 300 il də keçsə bu qandonduran faciəni unutmamalıyıq, unutmayacağıq, unutdurmayacağıq.
Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illər ərzində Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində çox ciddi uğurlar əldə olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verildikdən sonra keçirilən ardıcıl tədbirlər, müxtəlif xarici ölkələrin siyasi və ictimai dairələri ilə aparılan izahat işləri nəticəsində Xocalı soyqırımı barədə həqiqətlərin dünyada tanıdılması geniş vüsət alıb.
Xocalı şəhidlərinin qanını almışıq. Ancaq bu hədəf deyil, biz burada durmaq deyil, Xocalı genosidini dünyaya tanıtmaq üçün əlimizdən gələni etməliyik. Baxmayaraq ki, Xocalıda şanlı bayrağımız dalgalanır. Orada baş verənləri dünyanın beyninə yeritmək üçün Azərbaycan xalqına qarşı törədilən ədalətsizliyin, vəhşiliyin tanınması üçün əlimizdən gələni edəcəyik. 2020-ci ildən bu yana Azərbaycan diplomatiyasının fəaliyyəti uğurla gedir. Bunun içində məhz Xocalı faciəsinin tanıdılması də geniş yer tutur.
İnsan haqları məsələləri, beynəlxalq huquq məsələləri erməni vəhşiliyini görmək istəməyən, özlərini demokratiyanin carçısı kimi tanıdan Avropa dövlətləri üçün bir vasitədir. İmperialist dövlətlər kiçik dövlətlər uzərində dominantlığını “insan haqları” tezisləri ilə saxlamağa çalışırlar. Bu gün Fransa kimi “ədalət carçısı” olan dövlətlər Ermənistanı hərbə təhrik edir, silahlandırır. Məqsəd Cənubi Qafqazda gərginliyin yaradılması, dayanıqlı sülhün təmin olunmasının qarşısının alınmasıdır. Burada hansı sülhdən danışmaq olar. Qərb İnsan haqları və demokratiya tezisləri altinda öz çirkin niyyətlərini həyata keçirir və Ermənistanı xəritədən silinməsinə doğru yönəldir. Ancaq Ermənistanın Azərbaycanla vasitəçisiz masaya oturması və şərtləri qəbul edərək sülh müqaviləsini imzalaması bu dövlətin xilası üçün yeganə addımdır. Əks halda Ermənistan üçün ciddi problemlər yaranacaqş Cənab Prezidentin dediyi kimi sülh müqaviləsi bizim şərtlərimiz əsasında bağlanmalıdır.