Şəhid Tahir Qasımzadə 317 nömrəli tam orta məktəbdə ehtiramla yad edilib
 
                                                                                                    31 oktyabr 2025-ci il tarixində 317  nömrəli tam orta məktəbdə İkinci Qarabağ müharibəsi şəhidi Tahir Qasımzadənin doğum günü ilə bağlı tədbir keçirilmişdir. 
Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. 
YAP Suraxanı rayon təşkilatının məsul əməkdaşı Dilarə Əzizova çıxış edərək, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun salamlarını və dərin hüznlə başsağlığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra o çıxışında qeyd etdi ki, Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır.
Tədbir məktəbin məktəbin müəllim-şagird kollektivinin hazırladığı vətənpərvər mövzuda maraqlı kompozisiyalar ilə davam etmişdir.
 
 
 
 
 
 
 
 
 
 
 
                     
	                                             
	                                             
	                                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                            