Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən amil onun dilidir

Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən amil onun dilidir

Vəfa Əzizova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin müəllimi

Hər bir xalqın dili onun kimliyidir. Əsrlər boyu xalqımız öz dil mədəniyyətini qoruyub saxlamağa çalışmışdır, hətta SSSR-nin təyziqlərlərinə baxmayaraq öz milli dilini və mədəni inkişafını qoruyub saxlaya bilib. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümumilli lider Heydər Əliyevin dilimizin, mədəniyyətimizin inkişafına yüksək dəstəyi ilə əlaqədardır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamanlar hər sahədə olduğu kimi bu sahədə də dilimizin qorunub saxlanması və inkişaf etdirilməsi vacib amillərdən idi. Lakin sözsüz ki, SSR-i dövründə bu qismən çətin idi. Çünki SSR-i əsasən onun mənafeyini qoruyan SSR-yə sadiq kadrların yetişməsi üçün rus dilinin daha geniş yayılması üçün var gücü ilə çalışırdı. 20-30-cu illərdə SSSR-nin represiyalarına yüzlərlə şair və yazıçılarımız məruz qalmışdır. Hansı ki, o şair və yazıçılarımız dilimizin zənginləşdirilməsində mühim rol oynamışdılar.

Sovet Konsitutusiyasının qəbul olunmasından sonra artıq dilimizin sıxışdırılması daha müntəzəm hal aldı. Bunun üçün ilkin addımlardan biri əlifbamızın dəyişdirilməsi oldu yəni latın qrafikalı əlifbadan kiril qrafikalı əlifbaya keçid oldu. Bir çox yerlərdə idarə və müəssisələrdə bütün yazılar kiril qrafikası olan əlifba ilə işlənirdi. Rus dilinin geniş yayılması üçün güclü təbliğat aparılırdı. Lakin belə bir vaxtda Ulu Öndər Heydər Əliyev bu mövzuda öz mövqeyini qətiyyətlə bildirmişdi. Heydər Əliyev konsitutusiya layhəsinə Azərbaycan dilinin dövlət dili olması ilə əlaqədar maddə salınmasına çalışırdı. Bunda məqsəd dilimizin dövlət dili olmaq ststusunu qorumaqdan ibarət idi.

SSR-nin ideologiyasına sədaqət göstərən anti-milli ruhlu ziyalılar isə Azərbaycan dilinin konsitutusiyaya salınmasına narazılıq bildirmişdi. Heydər Əliyev isə ürəyində yaşatdığı vətənpərvər ruhu ilə böyük çətinliklə öz istəyinə nail ola bilir. Belə ki, SSR-nin o zamanki rəhbəri L.İ.Brejnevlə danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili olaraq konsitutusiyaya salınmasına nail olur. Azərbaycan dilinin dövlət dili olması məsələsi ümumxalq müzakirəsinə verilmişdi.

Azərbaycan dilinin konsitutusiyaya salınması və dövlət dili olaraq qəbul etdirilməsi gələcək müstəqil dövlətçiliyimizin qurulması yolunda atılmış müstəsna və vacib eyni zamanda tarixi bir addımdır. Belə bir çətin dövrdə dövlət dilimizin qorunması Heydər Əliyevin tarixi xidmətlərdən biri və birincilərindəndir. Kominist ideologiyasının dövründə Heydər  Əliyev "Dil xalqın böyük sərvətidir, ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir" demişdir.

AXC dövründə Azərbaycan dilinin adının dəyişdirilərək Türk dili adlandırılması təklif edirdilər. AXC xalqın fikirini nəzərə almadan dövlət dili haqqında “ qanunu” müzakirə edərkən dövlət dilinin türk dili olması qərarını qəbul etdi.

1992-ci ildə 1978-ci il konsitutusiyasındakı 73-cü maddə hələ də qüvvədə idi. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev bütün sahələrdə olduğu kimi bu sahədə də yalnız xalqımızn mövqeyini müdafiə etdi.