Xocalı vəhşilikləri haqqında xarici jurnalislərin yazıları
Gülsurə Quliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu,126 saylı körpələr evi və uşaq bağçasının metodisti
Xocalı vəhşilikləri haqqında müxtəlif ölkələrin xarici jurnalisləri və aparıcı kütləri informasiya vasitələri müxtəlif məqalələr dərc ediblər. Məqalələrdə həmin qanlı gecədə insanları uşaq, qoca, qadın demədən xüsusi amansızıqla qətlə yetirmələrinə dair məlumatlar, fotolar oxucuların diqqətinə çatdırılıb.
Nüfuzlu “The Geopolitics nəşrinin saytında yayımlanan” “Xocalı soyqırımını anarkən: Müasir tarixin ən qanlı soyqırımlarından biri” sərlövhəli məqalədə ağır artilleriya, pulemyot və qumbaraatanlarla silahlanmış Ermənistan qoşunlarının 1992-ci il fevralın 25- dən 26-na keçən gecə Xocalı şəhərinə qanlı hücümu nəticəsində azərbaycanlı mülki şəxslərin, o cümlədən 106 qadın , 63uşaq və 70 qocanın qətlə yetirildiyini bildirib. Qeyd olunub ki, bu qanlı hücum nəticəsində 487 nəfər ağır yaralanıb, 150 nəfərin taleyi barədə indiyədək heç bir məlumat yoxdur. Xüsusi vurğulanıb ki əhalinin tamamilə məhv edilməsi üçün hücum zamanı şəhərin mühüm infrastruktr obyektləri də hədəfə alınıb. Məqalədə diqqətə çatdırılıb ki, Xocalı soyqırımı Azərbaycan xalqı və geniş beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanıb.
İtaliyanın nüfuzlu “İl Sole 240 re” televiziya kanalı da Xocalı faciəsi barədə məlumat verib. 613 günahsız insanın erməni hərbi birləşmələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyini bildirib.
Pakistanda yayımlanan “Daily Times”qəzetində dərc olunan məqalədə Ermənistan –Azərbaycan münaqişəsinin tarixindən söz açılıb. Ermənistan ordusunun Xocalı şəhərində günahsız insanları xüsusi amansızlıqla qətlə yetirməsi barədə məlumat verilib. 1992-ci ildə Azərbaycan Qarabağ bölgəsindəki Xocalı şəhərində ağır qətliam törədilib. Bu faciə zamanı 613 günahsız insan , o cümlədən uşaqlar və qadınlar erməni silahlı birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilib,yüzlərlə insan girov götürülüb. Erməni cəlladları 7 mindən çox insanı bir gecədə doğma evlərindən zorla qovub çıxarıblar. Məqalədə Vətən müharibəsində Ermənistan Silahli qüvvələrini darmadağın edərək torpaqlarını işğaldan azad edən Azərbaycan ordusu şəhidlərin.o cümlədən Xocalı soyqırımı qurbanlarının da qisasını aldığı vurğulanıb.
Hindistanın “amarujala .com”saytında yer alan məqalədə bildirilib ki, Xocalı soyqırımı bəşər tarixində ən qanlı və amansız cinayətlərdən biridir. Ermənilər beynəlxalq humanitar hüquqa və müvafiq konvensiyalara məhəl qoymayaraq 613 mülki şəxsi o cümlədən 106 qadın , 63uşaq, 70 qocanı xüsusi amanasızlıqla qətlə yetiriblər. Bu qırğında 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini , 132 uşaq isə valideyinlərindən birini itirib. Qətliam nəticəsində 487 nəfər ağır yaralanıb.1275 nəfər girov götürülüb ki , onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Türkiyənin Anadolu agentliyində yayımlanan İnsanlıq tarixinin qara ləkəsi “Xocalı soyqırımı” sərlövhəli məqalədə bildirilib ki, Azərbaycan xalqı erməni hərbi birləşmələrinin 1992-ci il fevralın 26- da Xocalıda qadın.uşaq və qoca demədən törətdiyi qətliamın qurbanlarının xatirəsini yad edir. Faciə ilə bağlı faktlar məqalədə qeyd olunub.
Xocalı faciəsindən 32 ildən vaxt keçməsinə baxmayaraq faciənin kədəri bu gün də azərbaycanlıların qəlbini göynədir. Azərbaycan xalqı Ordusunun 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonra artıq dörd ilə yaxındır şəhidlərinin xatirəsini “Qalib xalq” kimi anırlar.İnsanlıq tarixinə qara ləkə kimi yazılan bu soyqırım heç vaxt unudulmasa da ,işğal altındakı torpaqların azad edilməsi Azərbaycan xalqı üçün təsəlli oldu. İndi azərbaycanlıların yeganə istəyi Xocalı qətliamını törədənlərin mühakimə olunması və ədalətin təmin edilməsidir.
Məqalədə, Xocalı soyqırımı ilə bağlı həqiqətin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində, Azərbaycan dövlətinin ardıcıl fəaliyyətindən və gorülən işlər nəticəsində bir neçə ölkənin nüfuzlu beynəlxalq təşkilatlarının Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etdiyi bildirilib.
Xocalı soyqırımının ildönümü ilə bağlı qardaş ölkənin “Haber Global “,”Türkiyə ” “Akşam”,”Sondakika .com”,”Haber 7com.” və digər kütləvi informasiya vasitələrində də məqalələr dərc olunub . Faciənin dəhşətlərini əks etdirən foto və video görüntülərə yer verilib.