Vətən müharibəsi şəhidi Ruhid İslamlı anım günündə ehtiramla anılıb

Vətən müharibəsi şəhidi Ruhid İslamlı anım günündə ehtiramla anılıb
Anım tədbirində YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin  şöbə müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım günündə şəhidin Zığ qəsəbəsi Dədə Qorqud Şəhidlər xiyabanında məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.