28 yanvar 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini – sektor müdiri Elmar Hüseynov, Suraxanı rayonu Layihə - Smeta Bürosunun rəisi Şaiq Səfərov, Zığ qəsəbəsi üzrə İcra nümayəndəsi Rəşad Mürşüdov, Zığ qəsəbə Bələdiyyəsinin sədri Arzu Aslanova və digər rəsmi şəxslər, şəhid ailələri üzvləri, şəhidin doğmaları şəhid Orucov Coçqun Oruc oğlunun doğum günü münasibəti ilə Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət etmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.