Vətən müharibəsi Şəhidi Səbuhi Orucov anım günündə ehtiramla yad edilib

Vətən müharibəsi Şəhidi Səbuhi Orucov anım günündə ehtiramla yad edilib
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Orucov Səbuhi Vahid oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 4 il ötür. Anım günü münasibətilə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Suraxanı rayonu ağsaqallar şurasının sədri Arif Babayev, Şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri Şəhid Səbuhi Orucovun Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət edib. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Şəhidin ailəsi dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda şəhidin adının əbədiləşdirilməsi məqsədilə Bülbülə qəsəbəsində onun xatirəsinə inşa edilmiş bulaq – abidə kompleksi ziyarət edilmiş, dualar oxunub, ruhu böyük ehtiramla anılıb.