Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən şəhid Qəhrəmanov Orxan Sərvər oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilərlə birgə Şəhidin Zığ qəsəbəsi, Dədə Qorqud məzarlığındakı Şəhidlər Xiyabanında məzarını ziyarət edib. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Mərasim iştirakçıları daha sonra şəhidin əziz xatirəsinə açılmış ehsan süfrəsində iştirak ediblər.