Vətən müharibəsi şəhidi Hacıyev Elmaz Elmar oğlunun anım günü qeyd edilib

Vətən müharibəsi şəhidi Hacıyev Elmaz Elmar oğlunun anım günü qeyd edilib
Noyabrın 29-da Vətən müharibəsi şəhidi Hacıyev Elmaz Elmar oğlunun anım günü qeyd edilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” , “Laçının azad olunmasına görə” medallarına layiq görülən Şəhid Hacıyev Elmaz Elmar oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri şəhidin Binə qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Suraxanı RİH başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Böyük Zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının igidliyini və əyilməz ruhunu nümayiş etdirdi. Müzəffər ordumuzun müharibədə gücünü və peşəkarlığını görmək hamımıza nəsib oldu. Lakin müharibə itkisiz, şəhidsiz olmur və bu müharibə də şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə edildi. Allahdan bütün Şəhidimizə rəhmət diləyən RİH başçısı onun ailəsinə səbr arzu edərək təsəlli verib.
Şəhidin valideyni Səxavət xanım şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz minnətdarlığını ifadə edib.