Şəhid Ibrahim Həsənovun xatirəsi ehtiramla yad edilib
2022-ci ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Şəhid olmuş Həsənov İbrahim Şöhrət oğlunun anım mərasimi keçirilib. Mərasimdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev digər rəsmi şəxslər, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
İbrahim Həsənovun Bülbülə qəsəbəsində Şəhidlər Xiyabanında məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Daha sonra açılan ehsan süfrəsində canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Şəhidin valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını ifadə ediblər.