Vətən müharibəsi şəhidi Coşqun Orucov anım günündə ehtiramla yad edilib
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Orucov Coşqun Oruc oğlunun anım günü qeyd olunub.
Məktəbin müəllim-şagird kollektivi tədbir iştirakçılarına Şəhid Coşqun Orucova həsr olunmuş ədəbi-bədii kompozisiya və səhnəciklər təqdim etmişlər.
YAP Suraxanı Rayon Təşkilatının məsul əməkdaşı Ənvər Haqverdiyev Şəhidin ailəsinə bir daha başsağlığı verərək, Dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan ehtiramının hamı üçün etalon olduğunu vurğulamışdır. Yerli təşkilatın məsul əməkdaşı məktəblərdə şəhidlərlə bağlı tədbirlərin keçirilməsinin onların ruhlarının yaşadılması nöqteyi nəzərindən böyük əhəmiyyətə malik olduğunu bildirmişdir.
Həmçinin, Şəhidimizin anası Fərqanə xanım Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışaraq dərin minnətdarlığını ifadə edib.