VIII Muğam Televiziya Musabiqəsinin növbəti seçim turu Suraxanı rayonunda keçirilmişdir

VIII Muğam Televiziya Musabiqəsinin növbəti seçim turu Suraxanı rayonunda keçirilmişdir

28 iyun 2022-ci il tarixində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Televiziyasının təşkilatçılığı ilə keçirilmiş VIII Muğam Televiziya Musabiqəsinin növbəti seçim turu Suraxanı rayonunda yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilmişdir. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Fatma xanım Yıldırım, Etibar Əliyev, digər rəsmi şəxslər, Şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər.

Xüsusi hal kimi qeyd edilməlidir ki, iştirakçılar arasında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi sakini Vüqar Əbilov var idi. Bütün müsabiqə iştirakçılarına uğurlar arzulayırıq