“Ümummilli Lider Heydər Əliyevin konstitusion dövlət modeli: Qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yolu” adlı konfrans keçirilmişdir

“Ümummilli Lider Heydər Əliyevin konstitusion dövlət modeli: Qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yolu” adlı konfrans keçirilmişdir

“Ümummilli Lider Heydər Əliyevin konstitusion dövlət modeli: Qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yolu” adlı konfrans keçirilmişdir.

6 may 2025-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının və Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının birgə təqdimatında “Ümummilli Lider Heydər Əliyevin konstitusion dövlət modeli: Qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yolu” adlı konfrans keçirilmişdir.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, şəhid ailə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri işitrak etmişlər. Tədbir iştirakçıları öncə Naxçıvan Heydər Əliyev Muzeyini ziyarət etmiş, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzmüşlər.

YAP Suraxanı rayon təşkilatının nümayəndə heyətini Naxçıvan şəhərinə səfəri münasibəti ilə salamlayan YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli iki yerli təşkilat arasında ilk dəfə birgə konfransın keçirilməsinə toxunaraq, bugünkü səfəri və konfransı gələcəkdə qarşılıqlı münasibətlərin daha fəal və səmərəli şəkildə qurulmasında mühüm təcrübə kimi qiymətləndirmişdir. Elman Cəfərli qeyd etmişdir ki, YAP müstəqil Azərbaycanın siyasi sistemini formalaşdırıb, siyasi mədəniyyətin təşəkkülünü təmin edib. Partiyamız öz qurucu Liderinin rəhbərliyi altında Azərbaycanda konstitusion dövlət modelinin formalaşmasında və dövlət suverenliyinin möhkəmləndirilməsində ardıcıl fəaliyyət göstərib. YAP hazırda da öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalmaqla uğurla davam etdirir.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qonaqpərvərliyə görə öz dərin minnətdarlığını bildirərək demişdir ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Müasir Azərbaycanın bütün ideya başlanğıcı məhz Ulu Öndər Heydər Əliyevlə birgə Naxçıvandan başlamışdır. Doğma partiyamız olan Yeni Azərbaycan Partiyasının da məhz Naxçıvanda yaranması, inkişaf etməsi təsadüfi deyildir. Çünki qəhrəman Naxçıvan və qorxmaz naxçıvanlılar ən çətin anda Ulu Öndəri müdafiə etmişlər. Vüqar Seyidov onu da vurğulamışdır ki, qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yolu məhz Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin adı ilə bağlıdır.

Konfransda çıxış edən partiya fəalları bildirdilər ki, bu gün milli qurtuluş fəlsəfəmizin ən böyük töhfəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun həyata keçirdiyi bütöv, tam, suveren Azərbaycan siyasətidir. Bugünkü uğurların əsasında məhz Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının Milli Qurtuluş Fəlsəfəsi dayanmaqdadır.

Daha sonra Naxçıvan Dövlət Filarmoniyasının mədəniyyət xadimlərinin ifasında konsert proqramı ilə tədbir davam etmişdir.