VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Prezident vacib məqamlara toxunub

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Prezident vacib məqamlara toxunub
Elşad Həsənov
 
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, politoloq

Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Azərbaycan Prezidenti bildirdi ki, “biz Cənubi Qafqazda sülh istəyirik”. Sülh də Azərbaycanla Ermənistan, iki qonşu arasında vəziyyətin normallaşdırılmasına xidmət edəcək.

Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər”. Bu sözləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib. Prezident vurğulayıb ki, biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik.

“Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər” prezident deyib. Ancaq bu uzun illərdir 30-35 ildən çoxdur ki, bu məsələlər uzanırdı. Xüsusilə, ATƏT-in 28 illik fəaliyyət dövründə heç bir şeyə nail olunmadı. ATƏT-i təmsil edən dövlətlər Fransa, Rusiya və Amerika heç nəyə nail olmadılar. Onların burada öz dövlət maraqları vardı və o maraqdan çıxış edirdilər”-deyən politoloq vurğulayıb ki, bu səbəbdən bu günə qədər sülh müqaviləsi bağlanmayıb.

Bu gün də sülhə mane olan Rusiya, Fransa və Amerikadır. Bu dövlətlərin burada öz siyasi və iqtisadi maraqları var. Bu səbəbdən də, sülh müqaviləsi bağlanmır. Artıq Ermənistanın siyasi rəhbərliyi də dərk edir ki, sülh danışıqları Azərbaycan və Ermənistan üçün vacibdir. Cənubi Qafqazda davamlı, dayanıqlı sülhün əldə olunması hər iki xalqa lazımdır. Bu səbəbdən də, onlar da bu danışıqları dəstəkləyirlər.

Bir neçə gün bundan öncə Qazaxıstanın prezidenti Tokayev Ermənistanda səfərdə oldu və görüş yeri olaraq Alma-Atanın ayrıldığını bildirdi. Bu günlərdə həmin ölkənin xarici işlər naziri bildirdi ki, “biz vasitəçi deyilik və öz yerimizi təklif edirik ki, burada görüşə bilərlər. Görüşüb Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri danışıqlar aparacaqlar. Bununla bağlı razılıq əldə olunub, vaxtı dəqiqləşdirilir. Ermənistan da başa düşür ki, doğrudan da ikitərəfli danışıq, yəni vasitəçisiz danışıqlar daha səmərəli, daha effektlidir və bu da artıq gedir.

Artıq Qazax və Tavuş bölgəsində sərhədlərin delimitasiyası və demarkasiyası aparılır. Orada kəndlərdə ,sərhədlərdə minalar basdırmışdılar. Ermənilər indi həmin yerləri minalardan təmizləyirlər. Baxmayaraq ki, Ermənistandakı revanşist qüvvələr bunu istəmir. Sərhəd dirəkləri artıq basdırılır. Onlar bundan sui-istifadə edib dövlət çevriliş etmək istəyirlər”-deyən politoloq vurğulayıb ki, bunlar əbəsdir. Çünki böyük əksəriyyəti mövcud Ermənistanı, Ermənistanın baş naziri Paşinyanı dəstəkləyir. Erməni xalqı da dərk edir ki, müharibə onlara heçnə qazandırmır. Övladlarını, ailələrini itirmək istəmirlər. Onlar da virtual aləmdən, xəyali "Böyük Ermənistan"dan real Ermənistana keçməyin tək şans olduğunu dərk edirlər. Paşinyanın son günlər apardığı işlər buna xidmət edir. Gəlib kəndlərdə görüşlər keçirir və əhalini başa salır ki, “Biz müharibə istəmirik. Əgər biz bizim olmayanı verməsək, gəlib bizim olanı da əlimizdən alacaqlar”. Onları başa salır ki, Azərbaycanın öz tarixi torpaqları özlərinə qaytarılmalıdır. Bu səbəbdən də, 4 kəndin qaytarılması ilkin addımdır”-deyən Elşad Həsənov vurğulayıb ki, bizm 4 kəndimiz və Ermənistanın 1 kəndi “Başkənd” danışıqlar yolu ilə həll ediləcək.

Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar efektlidir və daha tez nəticə verə bilər. Bu səbəbdən də, bundan sonra da belə danışıqların aparılması məqsədə uyğundur. Cənab Prezidentin dediyi kimi bizə vasitəçi lazım deyil.