Vətən müharibəsi şəhidi Samir Əliyev anım günündə ehtiramla anılıb

Vətən müharibəsi şəhidi Samir Əliyev anım günündə ehtiramla anılıb

Oktyabrın 15-də Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid Əliyev Samir Əliheydər oğlunun anım günü qeyd olunub. Anım tədbirində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, eləcə də hər iki rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım günündə şəhidin Hərbi Memorial Məzarlıqda yerləşən məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb və ruhuna dualar oxunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Paylaş