Vətən Müharibəsinin şəhidi Manafov Osman Natiq oğlu doğum günündə anılıb

Vətən Müharibəsinin şəhidi Manafov Osman Natiq oğlu doğum günündə anılıb
Doğum günü münasibətilə Şəhidin Bülbülə qəsəbəsində Şəhidlər Xiyabanında məzarı ziyarət edilib, önünə gül dəstələri düzülərək ruhu böyük ehtiramla yad olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Şəhidin doğmaları və yaxınları iştirak ediblər.