Vətən Müharibəsində yaralanmış qazi Əlizadə İslam Dursun oğlunun vəfatından 2 il keçir

Vətən Müharibəsində yaralanmış qazi Əlizadə İslam Dursun oğlunun vəfatından 2 il keçir
Bu gün, 44 günlük Vətən Müharibəsində yaralanmış qazi Əlizadə İslam Dursun oğlunun vəfatından 2 il keçir. Anım günü münasibətilə noyabrın 15-də haqq dünyasına qovuşmuş qazimiz,  İslam Əlizadənin Məhəmmədi qəsəbəsində məzarı ziyarət olunaraq ruhu böyük ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə rəhbərləri, şəhid ailələri iştirak ediblər.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına dərin minnətdarlığını bildirib.