Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, 3-dərəcəli " Vətənə xidmətə görə" ordeni“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülən Hövsan qəsəbəsinin şəhidi Səlimov Şiralı Vüqar oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə xatirəsi ehtiramla anılıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin evinin önündəki bulaq-abidə komleksini ziyarət edərək xatirəsini ehtiramla anıb, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Daha sonra mərasim iştirakçıları Suraxanı RİH tərəfindən şəhdin adına açılmış ehsan süfrəsində iştirak ediblər.
Azərbaycan xalqının öz doğma torpaqlarına qovuşduğu üçün hər bir azərbaycanlının qürur hissi keçirdiyini bildirən RİH başçısı Əziz Əzizov Zəfər bayramı münasibətilə Azərbaycan xalqını, eləcədə Suraxanı sakinlərini təbrik edib, bu Zəfəri bizə yaşadan, öz canından, qanından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib. O, bildirib ki, Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq.