Ulu Öndər Heydər Əliyevin dövlətlərarası münasibətlərə böyük önəm vermişdir

Ulu Öndər Heydər Əliyevin dövlətlərarası münasibətlərə böyük önəm vermişdir
Aynurə Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin direktor müavini
Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. 1993-cü ildən etibarən Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıran mühüm akt 1996-cı il aprelin 22-də imzalanan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" oldu. 1999-cu ildə qüvvəyə minən, qarşılıqlı münasibətlərin hüquqi-normativ əsasını təşkil edən bu sazişi Ümummilli lider Heydər Əliyev "Azərbaycan dövləti üçün çox böyük əhəmiyyəti olan tarixi hadisə" kimi səciyyələndirmişdi.
XX əsrin sonlarında Azərbaycan “Əsrin müqaviləsini” imzalamaqla yeni neft strategiyasının əsasını qoydu. Bu müqavilə ilə dünyanın 7 nəhəng ölkəsi-ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı Azərbaycana böyük sərmayələr qoydu.
“Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.” 2004-cü ildən başlayaraq Azərbaycan Avropa İttifaqı ilə "Yeni Qonşuluq Siyasəti" proqramı çərçivəsində özünün bir çox iqtisadi, siyasi, hüquqi və inzibati islahatlarını həyata keçirmək imkanı qazanır, ABŞ, Rusiya, Almaniya, Fransa, Türkiyə, Pakistan, Özbəkistan və digər dövlətlərlə münasibətlərin düzgün qurulması gələcək inkişafda prespektivlərin açılmasında önəmini anlayan Ulu Öndər Heydər Əliyev bu sahədə düzgün düşünülmüş addımlar atır önəmli qərarlar verir.
Cənubi Qafqaz regionunda Rusiyanın güclü nüfuzunu nəzərə alan Ulu Öndər özünün xarici siyasətində şimal istiqamətinə xüsusi diqqət verir. Bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq şəraitinin yaradılması naminə səylər göstərir Azərbaycan Rusiya ilə iqtisadi, siyasi-ictimai və mədəni sahələrdə münasibətin nizama salınmasına diqqət edirdi. Azərbaycan bu gün də, gələcəkdə də Rusiya ilə səmimi münasibətlərə, yaxşı tərəfdaşlıq münasibətlərinə malik olmalıdır.
Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk dövlət olan və bu-günədək Azərbaycanın mövqeyini dəstəkləməkdə davam edən Türkiyə Cümhuriyyəti ilə münasibətlər son dərəcə mühümdür. Azərbaycan və Türkiyənin bölgədə geosiyasi və iqtisadi vəziyyətin inkişafına, transregional iqtisadi layihələrin gerçəkləşdirilməsinə münasibəti, eləcə də rəsmi Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldilmiş səyləri, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində atdığı addımlar da daxil olmaqla, onların mövqelərinin tam uyğunluğunu və bu iki ölkə arasında əməkdaşlığın önəmini artırır. Azərbaycan Türkiyə arasında dövlətlərarası münasibətin önəmi haqqında bir sıra dövlət xadimləri öz çıxışlarında qeyd etmişdilər. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. 44 Günlük Müharibədə məhz bizə dəstək olan Türkiyə Cümhuriyyəti idi.
Azərbaycan regionda öz mövqeyini gücləndirməkdə davam edir. Uzun illər davam edən məqsədyönlü uğurlu xarici siyasət özünü göstərməkdədir. Azərbaycan bu gün sadəcə Cənubi Qafqaz regionunda güclü dövlət olmaqla kifayətlənmir, hətta dünyanın inkişaf etmiş ölkələri ilə mühüm sahələrdə rəqabət aparan qüdrətli ölkəyə çevrilmişdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ABŞ üçün prioritet məsələlərdən olduğunu deyən E.Rubin vurğulamışdır ki, Birləşmiş Ştatların rəhbərliyi bu problemin sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır. ABŞ 20 ildir ki, davam edən bu münaqişənin həllində ATƏT-in Minsk qrupunun həmsədrlərinə və tərəflər arasındakı danışıqlar prosesinə yaxından kömək göstərmək əzmindədir. Gənc, müstəqil Azərbaycan Respublikası dünyanın ən böyük, qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə bərabərhüquqlu əlaqələr qurubdur. Bu əlaqələr inkişaf edir, hər iki ölkə üçün öz müsbət nəticələrini verir.
Bu gün Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini tutaraq etibarlı tərəfdaşa, qüdrətli ölkəyə çevrilmişdir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev ulu öndərin təməlini qoyduğu bu siyasətini düzgün istiqamətdə aparır. Bu gün Avropa dövlətləri bu baxımdan Azərbaycanla əməkdaşlığa daha çox maraqldır. Prezident İlham Əliyev xarici siyasətində Avropa İttifaqı ilə də əməkdaşlığa xüsusi önəm verir. Bu təşkilatla bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır. İlk növbədə, neft enerji sahəsində əməkdaşlığa diqqət göstərilir. Cənab Prezident hər zaman diplomatik və iqtisadi müstəvidə Azərbaycanın mənafeyini əsas götürür.
Bu gün Azərbaycan regional lider statusunu məhz Prezident İlham Əliyevin mükəmməl xarici siyasəti nəticəsində möhkəmləndirib. Məhz bu xarici siyasətin nəticəsidir ki, ölkəmiz Beynəlxalq arenada öz sözünü deyərək nüfuzunu göstərir.