Nüşabə Abbasova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin müəllimi
Gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məhz onun adı ilə bağlıdır. Hələ SSRİ dönəmində Heydər Əliyevin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı.
Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. 1995-ci ildə Gənclər Təşkilatının Milli Şurası yaradıldı. Elə həmin ildə də Ümumilli liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin forumunun keçirilməsi irəli sürüldü. Beləliklə, 2 fevral 1996-cı ildə Gənclərin I forumu keçirildi. Forumda Ulu Öndər Azərbaycan Gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı. Heydər Əliyevin təşəbbüsü ilə gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Ümumilli liderin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan Gəncləri Günü” elan edilmişdir.
Məhz həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər yetişir. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəsli vətənpərvər ruhda formalaşdırıb. Bunu biz 44 günlük müharibə dövründə seyr etdik. Müharibənin əsas ağırlığı Azərbaycan gənclərinin üzərinə düşdü. Əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldular. Müharibədə iştirak edən hər bir gənc öz igidliyi ilə qəhrəmanlıq səlnaməsi yazdı. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər.
Gənclər siyasətilə bağlı görülən işlər onu deməyə əsas verir ki, bu gün ölkəmizdə Heydər Əliyev ideyalarına sadiq gənclər formalaşdırılır. Bu isə gələcək inkişafımızın möhkəm əllərdə olacağına böyük əminlik yaradır. Bugün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Ötən əsrin 90-ci illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bugün tam əminliklə demək olar ki, Ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənclin nəslin problemlərinin həlli onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla hata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz tövsiyyəsini verməyə çalışır. Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi yanında gənclər fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur.