Uğurlarımız davam edir

Uğurlarımız davam edir

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Etibar Quliyevin seçicilərlə görüşü keçirilib.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov növbədənkənar parlament seçkilərinin ictimai sifariş olduğunu bildirib. Onun sözlərinə görə, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır. Daha sonra o, deputatlığa namizəd Etibar Quliyev barədə seçicilərə məlumat verib.

Etibar Quliyev Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından danışıb.

Namizədin nümayəndəsi Əfsanə Əkbərova, seçki qərargahının üzvləri Kürsüm Həsənova və Şaban Eyvazov çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, Azərbaycanın işıqlı gələcəyi naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.