Ulu Öndər Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradıcısıdır
23.01.2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Hövsan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
23.01.2025-ci il tarixdə eyni zamanda da bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Əmircan və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.
Seçicilərlə səyyar görüşlər Əmircan qəsəbəsi sakinləri olmuş Şəhid Orxan Hüseynovun, Şəhid Ramil Rzayevin evlərində namizədlər Aysel Şərifovanın, Emil Yusifovun, Cəlal Məhərrəmovun, Anar Tağıyevin, Qaraçuxur qəsəbəsi, Neftçilər Parkı, Zaur Şərifov küçəsi 26 ünvanında namizədlər İxdiyar Nəcəfovun, Arif Şahmuradovun, Mirvari Quliyevanın, Rəşad Rzayevin, İlham Mirzəyevin iştirakları ilə keçirilmişdir.
YAP-ın namizədlərinə böyük maraqla müşahidə olunan səyyar görüşlərdə sakinləri maraqlandıran məsələlər müzakirə olunmuşdur. Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.