Türk xalqlarının ortaq mirası
Afaq Seyidova
YAP Suraxanı rayon təşkilatının üzvü
Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının müəllimi
Türk Dövlətləri Təşkilatının bəhs olunan Zirvə Görüşü Qazaxıstanın Astana şəhərində keçirilmişdir. Təşkilata sədrlik Qazaxıstana verilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmişdir. Çıxışda qeyd olunan əsas məsələlərdən biri respublikamızın türk dövlətləri ilə əməkdaşlığının möhkəmləndirilməsi, eləcə də bu münasibətlərin artan dinamika ilə inkişaf etməsi olmuşdur. Bəli, İlham Əliyevin vurğuladığı kimi bu münasibətlər Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetlərindən biridir. Həmçinin bu münasibətlərin təməlinin mədəni kök, dilimiz, ortaq keçmişimiz təşkil etməsi vurğulanmışdır. Buna misal olaraq bu yaxınlarda Türkiyənin Çankırı şəhərində keçirilən konfransı qeyd etmək istərdim. Qeyd olunan tədbirin əsas mövzusu “Türk xalqlarının ortaq mirası“ adlanan II Türkiyyət kofransıdır. Bu konfransda diqqət çəkən əsas məqamlardan biri iştirak edənlərin hər birinin öz ana dilində çıxış etməsi olmuşdur.
Yeri gəlmişkən, bu günlərdə Ankarada keçirilmiş V Türk Dünyası Yazarlarının Qurultayını da qeyd etmək olar. Bəli, Türk dilli dövlətlərin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, mədəni sahələrdə əməkdaşlıq əlaqələrinə yeni imkanlar yaradır.
Astanada keçirilən görüşdə Prezident İlham Əliyev o cümlədən türk dövlətlərinin strateji investisiyaların yatırılmasına da toxunmuşdur. Bəli, hal-hazırda ölkəmiz tərəfindən quruculuq işləri aparılan Füzuli şəhərində Özbəkistan tərəfindən inşa olunmuş məktəbi, eləcə də Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzini qeyd etmək olar. Sözsüz ki, bu tədbirlər həm ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və istedadlı uşaqların aşkar olunmasına imkan yaradacaqdır.
Birgə sərmayə fondlarının yaradılması haqda danışarkən isə, cari ilin mart ayında yaradılmış “Türk İnvestitiya Fondu”nun, hələ 2020-ci ildən fəaliyyət göstərən Türk Ticarət Evinin əhəmiyyətini vurğulamaq olar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri təşkilatının “Astanada keçirilən 10-cu yubiley Zirvə Görüşündə” önəmli mesaj səsləndirərək qeyd etmişdir ki, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, hələ 2019 – cu ildə Türk Şurasının Zirvə toplantısında sədr seçilmiş İlham Əliyev 10 illik yubileyi qeyd olunan Naxçıvan sazişinin əhəmiyyətindən danışmış və qeyd etmişdir ki, Zəngəzur bölgəsinin vaxtilə Azərbaycandan alınıb Ermənistana birləşdirmək böyük türk dünyasının coğrafi baxımından parçalanması demək idi. Lakin Naxçıvanda qəbul olunan qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndiririk və inkişaf etdiririk.
Uzaqgörən siyasətin davamı olaraq 2021-ci ildə Horadiz-Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolunun təməlinin qoyulmasını qeyd etmək olar, beləcə bu nəqliyyat tarixə Azərbaycan-Ermənistan sərhədinədək uzanan avtomobil yolu “Zəngəzur dəhlizi” kimi adlandırılan nəqliyyat bağlantısının şərq hissəsini təşkil edir. Bu nəqliyyat bağlantısı üç müstəvidə əhəmiyyət kəsb edir: lokal, regional, interkontinental. Ümidvarıq ki, böyük əhəmiyyətə malik bu layihə tam şəkildə həyata keçiriləcək və respublikamızın regionda aparıcı mövqe statusuna bir ərməğan olacaq.
Bəli, müasir Azərbaycan siyasətinin lideri İlham Əliyev tərəfindən həyata keçirilən həm daxili, həm xarici siyasət bir daha sübut edir ki, Azərbaycan Respublikasının siyasəti qısa gələcəyə deyil uzaq gələcək üçün bir mesajdır.