Dövlət başçısının apardığı xarici və daxili siyasət Heydər Əliyev siyasi kursunun uğurlu davamıdır

Dövlət başçısının apardığı  xarici və daxili siyasət Heydər Əliyev siyasi  kursunun uğurlu davamıdır

Günay Camalova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayon 275 nömrəli tam orta məktəbin müəllimi

12 dekabr xalqımızın Ümummilli lideri, bütün həyatını  Azərbaycanın dirçəlişinə, inkişafına həsr etmiş və bu yolda misilsiz tarixi xidmətlər göstərmiş görkəmli dövlət xadimi və dünya şöhrətli siyasi şəxsiyyət  Heydər Əliyevin anım günüdür.

Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olur, zəkası, dühası və istedadı ilə dünyada tanınır, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr edir. Ümummilli lider Heydər Əliyev məhz belə dahilərdəndir. Heydər Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı ilə xalqın yaddaşından silinməz olaraq qalıb. Heydər Əliyev yaşadığı dövrdə Azərbaycan tarixinə müdriklik, vətənpərvərlik, insanlıq, Azərbaycançılıq kimi bəşəri dəyərləri bəxş etməklə bərabər, həm də yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirdi. Xalqına, dininə, dilinə, tarixinə, adət-ənənəsinə sadiq olanların daim yaşayacağını sübut etdi.

Ulu öndər "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" söyləyərkən ilk növbədə xalqın, ölkənin gələcək taleyini, ölməz ideyalarının, məqsəd və arzularının həyata keçirilməsinin vacibliyini nəzərdə tutur və bu yolda İlham Əliyev şəxsiyyətinə inamını ifadə edirdi. Sevindirici haldır ki, bu inam cənab İlham Əliyevin fəaliyyətində özünü doğrultdu və Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafında, beynəlxalq aləmdə qazanılan uğurlarda özünü göstərməklə ulu öndərin müdrikliyinin bir daha əyani ifadəsinə çevrildi.

Heydər Əliyev siyasətinin zamanın sınaqlarından qaynaqlandığını, dərin zəka və ağıla söykəndiyini, xalqa və ölkənin tərəqqisinə, xoşbəxtliyinə yönəldiyini sübuta yetirdi. Bu gün ümummilli liderin ideyaları Azərbaycan Respubli­kasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inki­şaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xa­rici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Xalqımız əmindir ki, əsası Ümum­milli lider Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.    

Müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.