Qarabag bölgəsində cənnət yaradacağıq

Qarabag bölgəsində cənnət yaradacağıq

Səmayə Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri

Suraxanı rayonu 126 saylı körpələr evi uşaq bağçasının müdiri

Artıq azad olunmuş torpaqlarda bərpa işlərinə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin  yekunlarına həsr olunan videokonfrans şəklində  keçirilən müşavirədə  dediyi kimi: Bizim planlarımız böyukdür. Müharibə başa çatan kimi, bərpa işləri başlanıb və bu onu göstərir ki, bizim sözümüzlə, əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. 

Zəngilan Azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə  dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədi ilə ”Qarabaq Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması istiqamətində işlər həyata keçirir.

Qarabağın iqtisadi inkşafı həm də məcburi köçkünlər üçün iş yerlərinin açılmasına, həm bölgənin təbii resurslarının, ölkənin iqtisadi dövriyyəsinə səmərəli formada cəlb olunmasına, həm də ümumilikdə ərazidə iqtisadi aktivliyin və rifah səviyyəsinin artmasına böyük təkan verəcəkdir.

Qarabağ  iqtisadi rayonunun nəhəng iqtisadi potensialı və resursları var və bu, regionda iqtisadi inkşaf üçün geniş imkanlar yaradır.

Bu gün Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Düz bir il bundan öncə - 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olunub. Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırıb. Üçrəngli, müqəddəs bayrağımız zirvələrdə hər zaman dalğalanacaqdır!