Şəhid Əsədov Səbuhinin və Əliyev Yunisin doğum günləri ehtiramla yad edilmişdir
19 yanvar Vətən Müharibəsi Şəhidləri Əsədov Səbuhi Azər oğlunun və Əliyev Yunis Zaur oğlunun doğum günləridir. Şəhidlərimizin doğum günləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavinləri Rəşad Hacıyev, Könül Axundova, Fuad Cəbrayılov və digər rəsmi şəxslər ailələrin qayğıları ilə maraqlanmışlar.
Şəhidlərimizin Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahları ziyarət edilmiş, məzarları üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.
Göstərilən diqqət və qayğıya görə şəhidlərin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.