Şəhid Əsədov Səbuhinin doğum günü ehtiramla yad edilmişdir
19 yanvar Vətən Müharibəsi Şəhidləri Əsədov Səbuhi Azər oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov ailələrin qayğıları ilə maraqlanmışdır.
Şəhidimizin Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahları ziyarət edilmiş, məzarları üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Göstərilən diqqət və qayğıya görə şəhidlərin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.