Şəhid və qazi övladları üçün əyləncəli proqram təşkil olunmuşdur

1 iyun 2025-ci il tarixdə Suraxanı rayonu, Qurban Abbasov adına Mədəniyyət Sarayında YAP Suraxanı rayon təşkilatının, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsinin və Bakı şəhər Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə Suraxanı rayonunda yaşayan təhsil sahəsində çalışanların övladları, Şəhid və qazi övladları üçün "1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü" münasibəti ilə əyləncəli proqram təşkil olunmuşdur.
Təhsil sahəsində çalışanların övladlarıŞəhid və qazi övladları üçün təşkil olunmuş əyləncəli proqramda YAP Suraxanı rayon təşkilatının məsləhətçiləri Ənvər Haqverdiyev, Fərəh Məcizadə, ATİAHİ-nin Suraxanı rayon komitəsinin sədri Fərhad Həsənov, Bakı şəhər Uşaq və Gənclər Teatrının direktoru və bədii rəhbəri Respublikanın əməkdar artisti İntiqam Soltan və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Bakı şəhər Uşaq və Gənclər Teatrının direktoru və bədii rəhbəri Respublikanın əməkdar artisti İntiqam Soltan dedi ki, uşaqların asudə vaxtlarının səmərəli təşkilində mədəni tədbirlərin böyük əhəmiyyəti vardır.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcizadə çıxış edərək xüsusi qeyd etmişdir ki, uşaqlar bizim sabahımızdır, şəhid övladları həm də bu günümüzə əmanət olunmuş vicdan borcumuzdur. Fərəh Məcizadə vurğulamışdır ki, YAP Suraxanı rayon təşkilatı şəhid və qazi övladlarının asudə vaxtlarının səmərəli keçirilməsi ilə bağlı mütəmadi işlər görməkdədir.
Sonda xatirə şəkili çəkilmişdir.