Şəhid Ruslan Rəcəbov doğum günündə ehtiramla yad edilib
1 avqust Vətən Müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin miçmanı Rəcəbov Ruslan Rəcəb oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər, bir qrup şəhid ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Şəhidin II Fəxri Xiyabandakı əbədi istirahətgahını ziyarət etmiş, tər güllər düzmüş, dualar oxumuşlar.
Qeyd edək ki, şəhid miçman Rəcəbov Ruslan Rəcəb oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Qarabağ" ordeni, “Vətən uğrunda” "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.