Şəhid Qardaşxan Əhmədlinin qızı Nişanənin doğum günü qeyd olunub

Şəhid Qardaşxan Əhmədlinin qızı Nişanənin doğum günü qeyd olunub

8 yanvar 2026-cı il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini-sektor müdiri Elmar Hüseynov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsul əməkdaşı Ənvər Haqverdiyev, Hövsan Bələdiyyəsinin sədri Seymur Rəsulov, digər rəsmi şəxslər və şəhidin doğmaları şəhid əsgər Əhmədli Qardaşxan Elxan oğlunun qızı Nişanənin 5 yaşının tamam olması münasibəti ilə “Sevgi Hall” şadlıq evində təşkil olunmuş doğum günü mərasimində iştirak etmişlər.

YAP Suraxanı rayon təşkilatının məsul əməkdaşı Ənvər Haqverdiyev yerli təşkilatın sədri Vüqar Seyidovun adından şəhidin övladını təbrik edərək bildirmişdir ki, şəhidlərimiz vətən torpağına, övladları isə bizlərə əmanətdir. Xatırladaq ki, balaca Nişanə şəhid Qardaşxan Əhmədlinin şəhadətindən sonra dünyaya gözlərini açmışdır.

Sonda şəhidin ailəsi Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.