Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanVətən oğullarımızın əziz xatirəsi daim ehtiramla anılır.
Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq ziyarət edir, onlara mənəvi dəstək olur.
27 Sentyabr – Anım Günü ərəfəsində də rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri şəhidimiz Əliyev Xəyyam Əlixan oğlunun xatirə lövhəsini ailə üzvləri ilə birgə ziyarət ediblər.