Şəhid Muxtar Qasımlının xatirəsinə fitnes üzrə idman zalının açılış mərasimi keçirilib

Şəhid Muxtar Qasımlının xatirəsinə fitnes üzrə idman zalının açılış mərasimi keçirilib

Suraxanı Rayonu Qaraçuxur qəsəbəsində Vətən müharibəsi Şəhidi Muxtar Qasımlının xatirəsinə açılmış fitnes üzrə idman zalının açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, digər rəsmi şəxslər Vətən müharibəsi qaziləri, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Qaraçuxur qəsəbəsi Yusif Eyvazov küçəsi 2c ünvanında yerləşən fitness üzrə İdman klubunda yaradılmış şərait ilə tanış olmuşlar. İdman klubunun imkanları yaxından maraqlanan tədbir iştirakçıları bildirmişlər ki, şəhidlərin qəhrəmanlıqları, vətənpərvərlikləri ilə yanaşı, onların həyat tərzləri, şəhid olduqları zamana qədər cəmiyyətdə davranışları gələcək nəsillər üçün nümunə olmalıdır.

Çıxış edən natiqlər şəhid Muxtar Qasımlının peşakar idmançı olmasını xüsusi qeyd etmiş, onun əzminin, qətiyyətinin, vətənsevərliyinin yeni formalaşan gənclik üçün nümunə olduğu bildirmişlərКонец формы. Yeniyetmələrin, gənclərin asudə vaxtlarının səmərəli təşkili və pis vərdişlərdən uzaq olmaları üçün bu idman klubunun da xüsusi rolu olacağına inandıqlarını vurğulayan tədbir iştirakçıları fitness üzrə idman klubuna gələcək fəaliyyətində uğurlar arzulamışlar.