Şəhid İsa Məmmədovun xatirəsi doğum günündə ehtiramla anılmışdır

Şəhid İsa Məmmədovun xatirəsi doğum günündə ehtiramla anılmışdır

12 iyun Şəhid əsgər Məmmədov İsa Nazim oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov və digər rəsmi şəxslər tərəfindən şəhidin Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

Göstərilən diqqət və qayğıya görə şəhidin atası Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlığını bildirmişdir.