Şəhid İnqilab Qasımzadə doğum günündə ehtiramla yad edilib

Şəhid İnqilab Qasımzadə doğum günündə ehtiramla yad edilib
21 yanvar Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu Qasımzadə İnqilab Füzuli oğlunun doğum günüdür. 22 yanvar 2025 - ci il tarixdə Şəhidin doğum günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər və rayon ictimaiyyətinin nümayəndələri Şəhid Qasımzadə İnqlab Füzuli oğlunun Zığ qəsəbə qəbiristanlığında məzarını ziyarət edərək doğmalarına dərin hüznlə başsağlığı veriblər. Açılan ehsan süfrəsində Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.