Şəhid Dostəli Məmmədov doğum günündə ehtiramla yad edilib

28 iyun Vətən Müharibəsi şəhidi əsgər Məmmədov Dostəli Seymur oğlunun doğum günüdür. Şəhidimizin mövludu ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nazim Fətullayev, YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Ənvər Haqverdiyev, digər rəsmi şəxslər, Şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri şəhidin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxumuşlar.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.