“Suverenliyin İşığında Böyüyən nəsil” adlı tədbir keçirilib

“Suverenliyin İşığında Böyüyən nəsil” adlı tədbir keçirilib

19 sentyabr 2025-ci ildə Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “20 Sentyabr- Dövlət Suverenliyi Gününə” həsr olunmuş “Suverenliyin İşığında Böyüyən nəsil” adlı tədbir keçirilib.

Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə 154 nömrəli tam orta məktəbin direktoru Mahru Rəcəbova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə, 154 nömrəli tam orta məktəbin kollektivi və şagirdlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan 154 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri  Mahru Rəcəbova,  suverenliyin işığında böyüyən gənc nəsilin milli vətənpərvər ruhda tərbiyə olunmasının əhəmiyyətinə toxunmuşdur.

Fərəh Məcidzadə çıxış edərək ilk öncə, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun təbriklərini tədbir iştirakçılarına çatdırmışdır. Fərəh Məcidzadə onu da xüsusi olaraq vurğulamışdır ki, bu gün biz yalnız tarixi bir hadisəni xatırlamırıq, həm də xalqımızın azadlıq iradəsini, milli qürurunu və dövlətçilik yolundakı dönməzliyini təntənə ilə qeyd edirik. Suverenlik, Azərbaycan xalqının mübarizəsinin, birliyinin və gələcəyə olan inamının bəhrəsidir.

Çıxış edən digər çıxışçılar bildirmişlər ki, 19 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının iradəsinin, qəhrəman

ordumuzun rəşadətinin və dövlətimizin siyasi iradəsinin simvoludur. 

Tədbir daha sonra 154 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı nömrələrlə davam etdirilidi.

Sonda xatirə şəkli çəkdirildi.