Şuşa şəhəri xalqımızın yenilməzlik simvoluna çevrildi
Əziz Şuşa, sən azadsan!
2020-ci il 8 noyabr tarixində Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük sevinc və qürurla, titrek səslə bu müraciətlə Azərbaycan xalqına qələbə sevincini çatdırdı. Bu tarixi gün- xalqımızın iki əsirlik zaman kəsiyində torpaqları itirilmiş, məğlub xalq streotipindən zəfərə, qələbəyə çatmış qalib xalq olduğu, haqqın, ədalətin bərpası günü idi!
Şuşa şəhəri- Azərbaycanın göz bəbəyi, mədəniyyət beşiyi, incisi olan, tarixi şəhərlərimizdəndir. Əsası 1752- ci ildə Pənahəli xan tərəfindən salınan bu müqəddəs torpaqda Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Əzim Şirvani, Qara Qarayev, Əhməd Cavad kimi dahiler yetişmiş və yaradıcıllıqları ilə dünyaya səs salmışdılar. Məhz ecazkar təbiəti, zəngin mədəni irsinə, tarixi əhəmiyyətinə görə də hələ sovetlər dövründə respublikamıza rəhbərlik edən Heydər Əliyev Şuşanın, ümumilikdə Qarabağ bölgəsinin iqtisadi və mədəni tərəqqisini daima diqqət mərkəzində saxlamışdı.
Azərbaycanın Qarabağ böləsində yalnız mədəni irsi ilə deyil, eyni zamanda strateji əhəmiyyətli, qayaların üzərində məğrur duruşlu Şuşa şəhəri, hər zaman məkirli düşmənlərin diqqətində, hədəfində olub, uzun illər boyu müxtəlif döyüşlərə şahidlik edibdir. 1980-cı illərin sonlarından bednam erməni qonşularımızın açıq şəkildə vətənimizin milli- mənəvi sərvətlərinə, torpaqlarımıza olan iddiaları baş qaldıranda Şuşa şəhəri xalqımızın yenilməzlik simvoluna çevrildi.
Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Birinci Vətən müharibəsi dövründə Şuşa şəhərinin erməni qəsibkarları və onların havadarları tərəfindən işğalı vətənimiz üçün ən ağrılı itkilərdən biri idi. Minlərlə azərbaycanlı sakin şəhəri tərk etməyə məcbur oldu, tarixi abidələr, məscidlər, muzeylər və mədəniyyət ocaqqları dağıdıldı. Şəhər uzun illər boyu erməni işğalı altında qaldı və ciddi şəkildə zərər gördü.
Ulu Öndər Heydər Əliyev heç vaxt Şuşanın, ümumilikdə Qarabağın erməni qəsibkarları tərəfindən işğalı ilə razılaşmayıb. Onun çıxışlarında bu mövzu daimi yer tutub. 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə sabitlik, bütün sahələrdə, xüsusilə və ordu quruculuğuna diqqəti yönəldən dahi rəhbər daima vurğulayırdı.
Qarabağ problemi Azərbaycanın ən ağrılı məsələsidir. Biz bu torpaqlarla heç vaxt barışmayacağıq, gec-tez Qarabağa, Şuşaya qayıdacağıq.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin vətənimiz Azərbaycanı güclü, müstəqil və qalib dövlətə çevrilməsi ideasını həyata keçirtdi, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı, eləcə də Azərbaycanın “mədəniyyət beşiyi” olan doğma Şuşa şəhərimizi Müzəffər Azərbaycan Ordusunun, xalqın birliyi ilə düşməndən azad etdi!
Şuşa döyüşləri İkinci Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu hərbi əməliyyatlardan biridir. Beləki, 5-8 noyabr tarixləri arasında davam edən döyüşlərdə, əsgərlərimiz qayalıqlar, meşələr, dağ yolları keçərək, şəhərə daxil olur, ağır şəraitdə, əlbəyaxa döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərərək düşməni məhv edir və şəhri azad edərək, Üçrəngli bayrağımızı doğma Şuşamıza sancdılar. Şuşanın azad edilməsi ilə Ermənistan ordusu böyük itgilər verərək geri çəkildi və 10 noyabr 2020-ci ildə kapitulyasiya aktı imzaladı.
Şuşa şəhəri- xalqımız üçün cəsarətin, vətən sevgisinin simvoluna çevrildi.
Şəhər azadlığına qovuşduqdan sonra orada bərpa, quruluculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına başlandı və ölkə əhəmiyyətli açılışlar həyata keçirildi. 2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Eyni zamanda , 2021-ci ilin mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirildi. Qədim mədəniyyət beşiyi yenidən qonaqlarına evsahibliyi etdi.
Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən beş il ərzində dəfələrlə Şuşa şəhərinə səfər ediblər. Orada keçirilən təmir, bərpa və yenidənqurma işlərinə birbaşa nəzarət ediblər. Cənab Prezidentin sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan edilməsi ilə əlaqəda bütün ilboyu Şuşada keçirilən yerli və beynəlxalq tədbirlərdə vaxtaşırı iştirak ediblər.
Şuşa şəhəri 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olundu.
2023-cü il sentyabrın 25-də Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransının iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.
“Şuşa Şəhəri Günü” Prezident cənab İlham Əliyevin 2023-cü il 31 iyul 2023-cü ildə imzaladığı sərəncama görə hər il noyabr ayının 8-də qeyd olunur. Bu tarixi günü bütün azərbaycanlılar qeyd edir. Ruhunda, qanında-canında vətən sevgisi olan, Şəhidlərini unutmayan, Azərbaycan adlı məmləkətə sevgi bəsləyən hərkəs “Şəhər Günü”nün, “Zəfər Günü” ilə birləşdiyi 8 noyabrı böyük təntənə ilə qeyd edir.
Şəhid Analarının yeganə bayranmı olan,”Şəhər Günün, Zəfər Günün” mübarək Vətən!
Səsin, sədan hər zaman Şuşa və digər işğaldan azad olan torpaqlarımızdan gəlsin, cənab Ali Baş Komandan!
Dilarə Seyidova
97 nömrəli məktəbin uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı.