Şuşa Bəyannaməsi sülhə və inteqrasiyaya yol açır
2021-ci ilin 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respubliksı arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Şuşa Bəyannaməsi – Azərbaycan və Türkiyə qardaşlığını bütün dünyaya bildirən ismarıcdır. Həmçinin bu sənəd müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Bəyannamə, ölkələrarası müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir.
Şuşa Bəyannaməsi sülhə və inteqrasiyaya yol açır. Ölkənin beynəlxalq nüfuzunun artmasında da özünəməxsus rol oynayır. Bu sənəd həm də ölkəmizin strateji əməkdaşlığının perspektivini təmin edir.
Bəyannamədə iki xalqın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. Bəyannamədə də bildirildiyi kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də iki dövlət arasında sıx əməkdaşlıq mövcuddur.
Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bəyannammədə öz əksini tapan və iqtisadi inkişafa təkan verəcək mühüm məsələlərdən biri də odur ki, ölkələrin qarşılıqlı surətdə investisiya qoyluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir.
İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır.
Bəyannanmə öz növbəsində Ermənistandakı revanşist qüvvələrə mühüm ismarıcdır. Bu sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir.
Həmçinin son olaraq qeyd edək ki, ötən il, yəni, 15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bundan sonra da bu qəbildən olan tədbirlərin keçirilməsi ikili münasibətlərin inkişafına xidmət edəcəkdir.