“Şuşa Bəyannaməsi” dünya dövlətlərinə qardaşlıq ismarıcıdır
Qurbanəli İslamov
Vətən Müharibəsi qazisi
YAP Suraxanı Rayon Təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
“Şuşa Bəyannaməsi” Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir ismarıcdır. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırdı. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsinin” imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etdirir. Bu Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə etdi.
“Şuşa Bəyannaməsi” bölgədə inteqrasiya proseslərini stimullaşdırdı, əhatəli sülhə yol açdı. Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaratdı. Əraziyə yeni sərmayə qoyuluşu prosesini , regionda investisiyanın, yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb oldu. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaradılmasının əsası qoydu.
“Şuşa Bəyannaməsi” Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artırdı. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edərək , iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamə Azərbaycan ilə Türkiyə arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir.” Bəli biz bir millət iki dövlətik. Bir ananın iki oğlu , bu da ulu , o da ulu. Bu sözləri 28 may Azərbaycan Respublikasının Müstəqilliyini Günündə çıxışı zamanı Rəcəb Tayyib Ərdoğan demişdir.
Azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində Türkiyə ilə Azərbaycan birlikdə fəaliyyət göstərirlər. Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.
Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları qələbəmizi qazanmasında böyük rol oynadı. Azərbaycan bu sahədə istehsal mərkəzi kimi inkişaf edir. Türkiyə ilə hərbi iş birliyi nəticəsində Azərbaycan yeni model pilotsuz uçan aparatları istehsal edib regionda ən güclü dövlət ooldu.
İkinci Qarabağ müharibəsi başlanan gündən Türkiyə Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.
Siyasi həmrəylik nümunəsi olaraq “Şuşa Bəyannaməsi” ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilb. Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənir. Türkiyə və Azərbaycan qardaşlığı əbədidir , daimidir.
Eşq olsun Türk Azərbaycan birliyinə!
Yaşasın Azərbaycan Türk qardaşlığı!